eBay kriptovalyutalar ilə ödəniş sistemi yaratmaq istəyir

Amerikanın məşhur online ticarət platforması olan eBay ödənişləri kriptovalyutalar ilə qəbul etməyə hazırlaşır. Şirkətin rəhbəri Jamie Iannone verdiyi müsahibədə qeyd edib ki, daha geniş bazarlara çıxmaq, daha çox gənc müştəriləri (Z nəsli) cəlb etmək üçün innovativ ödəniş metodların istifadəsinə ehtiyac var. ABŞ-ın “The Steet” informasiya portalı martın 10-u platformada yeni ödəniş sistemlərinin tətbiqi ilə bağlı anons ediləcəyi barədə məlumat dərc edib. Ehtimal olunur ki, eBay ödəniş vasitəsi kimi kriptovalyutaları əlavə edə bilər.

Jamie Iannone: “eBay hazırda 85 milyard dollarlıq dövriyyəni idarə edir və ödəniş imkanlarını artırmağı planlaşdırır. Bizim Google Pay, Apple Pay və həmçinin Afterpay ilə tərəfdaşlığımız var. Platformamızda əlavə edilməli olan digər ödəniş formalarını qiymətləndirməyə davam edirik. Amma hazırda biz kriptovalyutaları qəbul etmirik. Martın 10-da ödənişlərə, reklamlara və əsas kateqoriyalarımıza yenidən nəzər salacağıq.”

Nəzərə almaq lazımdır ki, hazırda iri online ticarət platformların heç birində kriptovalyutalar ilə ödəniş sistemi tətbiq edilməyib. Ancaq əminliklə söyləmək olar ki, bunu hansı platforma birinci etsə kriptovalyutalarla ödənişlər sayəsində platformaya daha çox istifadəçi və ən əsas da satış dövriyyəsi cəlb edəcəkdir.

Leave a Reply