Kriptovalyuta birjaları rus istifadəçiləri blok etməyəcək

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ prezidenti Co Baydenin administrasiyası iri kriptovalyuta birjalarından ABŞ və tərəfdaşlarının rusiyalı fiziki və hüquqi şəxslərə tətbiq etdiyi məhdudiyyət və sanksiyaların qarşısını almaq üçün rəqəmsal valyutalardan istifadənin qarşısını almağa kömək etmək üçün müraciət edib. Avropa İttifaqı və Ukrayna hökuməti də Rusiyanın sanksiyalardan yayınmaq üçün kriptovalyutalardan istifadə edə biləcəyini bəyan ediblər. Buna baxmayaraq, kriptovalyuta birjları bu tələbi yerinə yetirmək istəməyib. Binance, Coinbase və Kraken birjları ümumilikdə rusiyalı istifadəçilərə bu tip qadağanın tətbiq edilməsini kriptovalyuta sənayesinin prinsiplərinə zidd olması ilə əsaslandırıb. Birjalar hesab edir ki, hesablara xidmət üzrə qadağa qoyulması adi rus vətəndaşların da hüquqlarının pozulması ilə nəticələnə bilər.

Binance: “Kriptovalyutalar insanlar üçün maliyyə azadlığı təmin etməlidir. İnsanların öz kriptovalyutalarına girişini qadağan etmək üçün birtərəfli qərar bu sənayenin mövcudluğu prinsiplərinə ziddir.”

Rusiya-Ukrayna münaqişəsi rəqəmsal valyutaları bir çox ruslar və ukraynalılar üçün iqtisadi sanksiyalardan yayınmaq və böhrandan xilas olmaq üçün yeni üsula çevirib. Hazırda hər iki ölkədə xarici valyutada olan əməliyyatlara qadağa qoyulub. Faktiki olaraq hər iki ölkə vətəndaşları xaricə pul köçürmələrində və ya xaricdən valyuta mədaxil olunmasında ciddi çətinliklərlə üzləşib.

Müəllif: Elnur Quliyev

Leave a Reply