Dünyanın ən məşhur ödəniş sistemləri olan Visa, MasterCard və PayPal Ukraynadakı müharibə ilə əlaqədar Rusiya Federasiyası ərazisində fəaliyyətlərini dayandırdıqlarını elan etdilər. Sanksiyalara məruz qalan Rusiya Mərkəzi Bankı öz vətəndaşlarına xaricə gedərkən nağd pul götürməyi tövsiyə edir, çünki yerli “Mir” sisteminin kartları hazırda yalnız 7 ölkədə – Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanda qəbul edilir.

