MicroStrategy-nin baş direktoru Michael Saylor PBD Podcast verlişinində müsahibə zamanı bitcoi-ni dünyanın ən defisit aktivlərindən biri adlandırıb, hansı ki, digər aktivləri müəyyən qədər vaxt və kapital ilə sonsuz müddətə yaradıla bilər. Onun sözlərinə görə bitcoini sehrli edən onun sayının məhdud (21 milyon) olmasıdır, qalan digər aktivləri istənilən sayda əldə etmək mümkündür. MicroStrategy rəhbəri misal kimi daşınmaz əmlakı göstərib. Mənzil qiymətləri artdıqda, inşaatçılar təkliflərini artırmaqda daha da maraqlı olur. Buna görə də, ev almaq insanların investisiyalarını inflyasiyadan qoruyacağına zəmanət vermir. Daşınmaz əmlaka yüksək tələbat təklifin artmasına səbəb olur, eyni zamanda da alınan daşınmaz əmlakın dəyərini azaldır.
Michael Saylor: “Nyu-Yorkda daha çox daşınmaz əmlak, daha çox avtomobil, dəbdəbəli saatlar, qızıl, səhmlər və istiqrazlar yarada bilərsiniz. Mən kifayət qədər pul və vaxtla istənilən məhsulu qeyri-məhdud sayda yarada bilərəm”.

