Son zamanlar kriptovalyutalara investisiya aləti kimi artan marağı nəzərə alaraq ASAN radioda kriptovalyuta mövzusu müzakirə edilib. Namiq Əliyevin təqdimatında yayımlanan “İnvestisiya vaxtı” verilişində qonaq qismində maliyyə və investisiyalar üzrə ekspertlər Azfinans investisiya şirkətinin direktoru İntiqam Səfərəliyev və kriptoinvest.az / Crypto Consultinq MMC-nin təsisçisi, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev iştirak edib. Verlişdə kriptovalyutaların investisya aləti kimi imkanları və potensial riskləri, investor və investisiya şirkətlərinin hüquq və öhdəlikləri müzakirə olunub.
“İnvestisiya vaxtı” verilişi hər bazar ertəsi saat 18:30-da ASAN radioda yayımlanır. Verilişdə dinləyicilərə investisya sektoru üzrə faydalı və maarifləndirici malumatlar verilir. Bundan əlavə, dinləyicilər canlı bağlantı vasitəsi ilə ekspertlərə birbaşa suallarını ünvanlamaq imknaı əldə edirlər.


