Bəhreyn Binance birjasına lisenziya verdi

Bəhreyn Mərkəzi Bankı martın 14-ü Binance kriptovalyuta birjasına ölkədə fəaliyyət göstərmək üçün lisenziya verib. Bu, Binance birjasının Yaxın Şərq/Şimali Afrika (MENA) bölgəsində aldığı ilk lisenziyasıdır. Bununla da, birja rəsmi olaraq Bəhreyndən olan müştərilərinə kriptovalyuta ticarəti, rəqəmsal aktivlərin saxlaması və portfelin idarə edilməsi üzrə xidmətləri təqdim edəcək. 2021-ci ilin dekabrında Binance Bəhreyndə fəaliyyət göstərmək üçün prinsipial icazə almışdı, lakin martın 14-dən bu tam lisenziyalı fəaliyyətə çevrildi. Bəhreyn Mərkəzi Bankının (Central Bank of Bahrain) sədri Rasheed Al Maraj bildirib ki, bank innovasiyaları və qabaqcıl təcrübələri təmin edən qlobal tendensiyalara uyğun qaydalar hazırlayır.

Binance-ın təsisçisi və baş direktoru Changpeng Zhao: “Bəhreyndən alınan lisenziya binance birjası üçün dünya miqyasında tam lisenziyalaşdırma istiqamətində bir mərhələdir. Baş nazir şahzadə Salman bin Həməd Əl Xəlifənin uzaqgörən rəhbərliyi altında Bəhreyn komandasına buna nail olmaqda göstərdikləri böyük işlərə görə təşəkkür edirəm”.

Leave a Reply