Kriptovalyutalar Twitter-də ən populyar mövzu olub

Statistikaya əsasən maliyyə Twitter-də ən çox danışılan mövzudur, kriptovalyutalar isə maliyyə kateqoriyasının ilk pilləsində yer alıb. 2020-ci illə müqayisədə istifadəçilər arasında kriptovalyutalarla bağlı mesajların sayı 78% artıb. Bu göstərici rəqəmsal aktivlər mövzusunun artıq peşəkar dairələrdən kənara çıxması deməkdir. Twitter-də ən çox müzakirə edilən kriptovalyutalar Bitcoin, Ethereum və Ripple-dir. Onların ardınca DeFi, Coinbase və Binance mövzuları gəlir. Twitter-in maliyyə xidmətləri üzrə direktoru Jeff Maley bildirib ki, kriptovalyuta sekroru hazırda kripto-həvəskarlarının böyük axınını müşahidə edir və insanların Twitter-də kriptovalyutaları investisiya fürsəti kimi axtarışı 3,2 dəfə çoxalıb. Yaxın gələcəkdə rəqəmsal valyutalar bank xidmətlərindən istifadə etməyənlər və ya ənənəvi maliyyə sisteminə daxil olmaq imkanı olmayanlar üçün layiqli maliyyə alternativ ola bilər.

Leave a Reply