Azərbaycanın ilk biznes TV kanalı olan arb24 TV-də Ukraynada kriptovalyutaların leqallaşdırılması haqqında qanunun qəbul edilməsi müzakirə edilib. Ukrayna prezidenti Vladimir Zelenski martın 16-sı ölkədə kriptovalyutaların dövriyyəsini tənzimləyən “Virtual aktivlər haqqında” qanunu imzalayıb. Bununla da, ölkə vətəndaşları rəsmən kriptovalyutaları almaq, satmaq və ödəniş etmək hüququna malik olacaqlar.
Rəhman Rəsulov və Fidan Mahmudlunun təqdimatında “İş vaxtı” verlişində maliyyə üzrə ekspert Elnur Quliyev ilə Ukraynada rəqəmsal aktivlərə hüquqi statusun verilməsinin xüsusiyyətləri və faydaları, kriptovalyutaların leqallaşdırılmasının dövlət üçün əhəmiyyəti, Azərbaycanda bu sektor üzrə mövcud vəziyyətlə bağlı müzakirə aparılıb.


