Binance: Rusiya sanksiyalardan yan keçə bilməyəcək

    Dövriyyəsinə görə dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-in icraçı direktoru Changpeng Zhao (CZ) CNN-ə verdiyi müsahibədə kriptovalyutaları sanksiyalardan yayınmaq üçün alət kimi qəbul edilməsini düzgün hesab etmədiyini deyib.

Rusiya ilə Ukrayna arasında münaqişənin kəskinləşməsi fonunda ruslar sanksiya təzyiqi ilə üzləşib. Sanksiyalarla üzləşən bir çox rusiyalılar diqqətlərini kriptovalyutalara yönəldiblər. Rəqəmsal aktivlər Rusiya vətəndaşlarının maliyyə bazarında sərbəst əməliyyatlar apara biləcəyi bir neçə vasitədən biri oldu. Bununla belə, Rusiya vətəndaşlarına qarşı Binance də daxil olmaqla bir çox kripto platformalar tərəfindən məhdudiyyətlər tətbiq edilib. Hətta, ABŞ tənzimləyiciləri ruslara sanksiyalardan yan keçməyə kömək edən kripto-birjaları və kripto-sənayenin digər nümayəndələrini məsuliyyətə cəlb edə biləcəkləri ilə bağlı hədələyiblər.

Binance CEO-su Changpeng Zhao hesab edir ki, kriptovalyuta sanksiyalar təzyiqini azaltmaq üçün effektiv vasitə kimi qəbul edilməməlidir. Çünki hazırda zərurət yaranarsa məhdudiyyətlərdən yan keçmək üçün kriptovalyutalardan istifadə epizodlarını izləməyə imkan verən kifayət qədər xidmətlər və metodlar mövcuddur. Changpeng Zhao: “Düşünürəm ki, sanksiyalardan yayınmaq üçün kriptovalyutadan istifadə cəfəngiyyatdır. Bazar məlumatlarına baxsanız, ağıllı insanlar belə etmir. Kriptovalyutaları izləmək çox asandır. Həmçinin nəzərə alamq lazımdır ki, Binance-nin Rusiya bazarından tam çıxmaqdan imtina etmək qərarı birjanın Ukrayna ilə münaqişəsi kontekstində Rusiya hakimiyyətinin hərəkətlərini dəstəklədiyi anlamına gəlmir.”

Xatırladaq ki, ticarət dövriyyəsi və valyuta çütlüklərinin sayına görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance hazırda kripto sektorun ən populyar platformasıdır. Binance birjası faktiki olaraq kriptovalyuta ticarəti üzrə ən likvid birja hesab olunur və 2017-ci ilin iyul ayında yaradılıb. Şirkətin rəsmi adı – BINANCE Holding Limited, rəsmi sayt – binance.com, rəsmi qeydiyyat ünvanı – Kayman adaları, birjanın təsisçisi və CEO-su Changpeng Zhao (CZ). Birjanın daxili tokeni Binance Coin (BNB) – bu token birja daxilində ticarət komissiyalarının azaltmaq, həmçinin İEO və Launchpool-da iştirak üçün istifadə olunur.

Leave a Reply