Metaversedə ifa edən ilk Azərbaycan müğənnisi Röya Ayxan oldu

Metaversedə ifa edən ilk Azərbaycan müğənnisi xalq artisti Röya Ayxan oldu. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən “Meta Novruz” adlı tədbirdə Röya virtual çıxış edib.

Xatırladaq ki, 15 mart 2022-ci il tarixində ASAN Xidmət tərəfindən ilk dəfə olaraq “Meta Novruz – Gələcəyə açılan qapı” virtual tədbiri keçirilib. Metaverse üzərindən keçirilən ilk milli bayram olaraq yadda qalan tədbirə iştirakçılar öz avatarları ilə qoşulublar. ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev bildirib ki, meta dünya gələcəyimizin trendidir və “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlər gələcəkdə meta dünyada da təşkil olunacaq. Gələcəkdə “MetASAN” mərkəzinin yaradılması planlaşdırıldırılır.

Metaverse nədir?

Leave a Reply