The Carlyle Group investisiya şirkətinin təsisçisi, milyarder David Rubenstein hesab edir ki, kripto-sənayesinin böyüməsi və siyasi gərginlik fonunda rəqəmsal valyutalara investisiyaların həcmi artacaq. Tanınmış kriptovalyuta skeptiki olan David Rubenstein “İnvest Like The Best” podkastında rəqəmsal valyutalara şübhə ilə yanaşdığını lakin zaman keçdikcə fikrinin dəyişdiyini etiraf edib.
David Rubenstein: “Mən kriptovalyuta almadım amma bu sektora xidmət edən şirkətləri aldım, çünki düşünürəm ki, cin şüşədən çıxıb artıq və bu sənaye yaxın zamanda heç bir yerə itməyəcək. Əgər siz Ukraynada və ya Rusiyadasınızsa, ölkənizin çoxlu problemləri var və siz hökumətin nəzarətindən kənarda olan aktivlərə sahib olmaq istəyərsiz. İndi mənə aydındır ki, bir çox gənclər dolların, avronun və ya digər valyutaların arxasında da ciddi heç nə olmadığını düşünürlər.”

