Hondurasın xüsusi iqtisadi zonası olan Prospera şəhəri ərazisində kriptovalyutalara qanuni ödəniş vasitəsi statusu verilib. Bundan əlavə, aprelin 14-dən etibarən bu şəhərdə yerləşən dövlət orqanları və transmilli şirkətlər xarici investisiyaları cəlb etmək üçün bitcoin istiqrazları buraxa biləcəklər. Çirkli pulların yuyulmasına qarşı mübarizəyə yönəlmiş qanunvericiliyin tələblərinə əməl etmək üçün bu qiymətli kağızları buraxan şirkətlərdən alıcıların şəxsiyyətini müəyyənləşdirmək tələb olunacaq.

