Amazon şirkətinin baş direktoru Andy Jassy bildirib ki, şirkət rəqəmsal valyutaların imkanlarını araşdırır lakin hazırda kriptovalyutalarla ödənişi funksiyasını əlavə etməyə hələ hazır deyil. Andy Jassy CNBC-yə verdiyi müsahibədə, Amerikanın ən böyük onlayn ticarət platformasının müştərilərə yaxın gələcəkdə kriptovalyutalar ilə ödənişini təklif etməyəcəyini deyib. Bununla belə, O, kriptovalyutaların və NFT-lərin gələcəyi ilə maraqlandığını və bu barədə nikbin olduğunu etiraf edib.
Andy Jassy: “Mənim bitcoinlərim yoxdur. Yəqin ki, kriptovalyutanı biznesimizə ödəniş mexanizmi kimi əlavə etməyə hələ ki, yaxın deyilik. Bilirsiniz, mən NFT bazarının çox sürətlə böyüməyə davam edəcəyini gözləyirəm. Düşünürəm ki, biz gələcəkdə platformamızda NFT ilə ticarət edə bilərik.”

