NBA basketbolçuları bitcoin ilə ianə toplayacaq

ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) Ukrayna əsilli basketbolçuları Svi Mykhailiuk (Toronto Raptors) və Alex Len (Sacramento Kings) bitcoin ilə ianə toplama kampaniyasına dəstək olmaq üçün “Bitcoin Magazine” jurnalı ilə əməkdaşlığa başlayıblar. NBA ulduzları pley-off mərhələsində Nike şirkətinin təqdim etdiyi dünyada ilk “Shoe-R” kodulu xüsusi idman ayaqqabısında oyunlara çıxacaqlar. İanə etmək istəyənlər oyunçulardan birinin ayaqqabısınıdakı QR kod formatında bitcoin e-cüzdan ünvanını skan etmələri kifayətdir.

“Vətənimizdə baş verənlər bir faciədir lakin biz bütün dünyada insanların göstərdiyi inanılmaz dəstək və səxavətdən ruhlanırıq. Biz özümüz kriptovalyutanı anlayırıq, ona görə də bilirik ki, bitcoin ehtiyacı olanlara pul göndərməyin ən səmərəli yoludur: sürətli, minimal xərclə və maliyyə senzurasından kənar. Hər bir satoşi köçkün ailələri dəstəkləmək, habelə Ukrayna daxilində və xaricində qaçqınlara humanitar yardım göstərmək üçün gedəcək.” – S.Mixayluk və A.Len birgə bəyanatda bildiriblər.

Leave a Reply