Hyundai NFT bazarına daxil olur

Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai Motor aprelin 18-i avtomobil sahiblərini Hyundai metaversenə cəlb etmək üçün öz NFT kolleksiyalarını buraxacağını elan etdi. Bununla da, Hyundai NFT bazarına daxil olan ilk avtomobil istehsalçısı oldu.

Hyundai NFT konseptini əks etdirən “Metamobility Universe” adlı qısametrajlı film nümayiş etdirdi. Məşhur NFT personajı Meta Kongz-un yer aldığı film mobil həllərinin zaman və məkanı necə aşa biləcəyini təsvir edib. Hyundai artıq Discord və Twitter-də xüsusi kanallar açaraq NFT icması yaradıb. May ayında isə öz NTF kolleksiyaları haqqında məlumatları əks etdirən vebsayt yaradılacaq. Avtomobil istehsalçısı “Hyundai x Meta Kongz” adlı 30 tokendən ibarət məhdud NFT seriyasını buraxmağı planlaşdırır ki, onlar aprelin 20-də satışa çıxarılacaq və 1 ethereum qiymətinə satılacaq.

Hyundai Motor-un beynəlxalq marketinqin inkişafı şöbəsinin rəhbəri Thomas Schemera: “Hyundai NFT Metaverse müştərilərimizlə, xüsusən Z nəsil və millenniallarla əlaqəmizi genişləndirəcək. Bu, real dünyada və metaversedə innovasiyalara sadiqliyimizi daha da gücləndirəcək.”

Leave a Reply