SpaceX və Teslanın təsisçisi Elon Musk aprelin 25-i Twitter sosial şəbəkəsini 44 milyard dollara almaq üçün müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən Twitter-in səhmdarları hər səhm üçün 54,2 dollar alacaqlar. Kriptovalyuta bazarında bu xəbər canlanma yaratdı, xüsusən də, Dogecoin 29% dəyər qazandı. Diqqəti cəlb edən daha bir kriptovalyuta – ELON BUYS TWITTER oldu. CoinMarketCap.com-a əsasən “ELON BUYS TWITTER”-in qiyməti aprelin 26-sı 12 saat ərzində 4059% dəyər qazanaraq 0.000004468 dollar oldu.

