Algorand FIFA-nın partnyoru oldu

Beynəlxalq Futbol Federasiyası (FİFA) blokçeyn şirkəti Algorand ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bunun üçün FİFA prezidenti Gianni Infantino və Algorand-ın yaradıcısı Silvio Mikali Los-Ancelesdə görüşüblər. Müqaviləyə əsasən FİFA, Algorand-a 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının regional sponsoru statusunu verib. Tərəfdaşlığın bir hissəsi olaraq, Algorand FİFA-ya rəqəmsal aktiv strategiyasının hazırlanmasında kömək edəcək, FİFA isə reklam və mediada işıqlandırma da daxil olmaqla, sponsorluq aktivlərini təmin edəcək. FİFA, Algorand ilə sponsorluq müqaviləsi elan edildikdən sonra ALGO kriptovalyutası 20%-dən çox bahalaşaraq 0,71 dolları keçib.

Leave a Reply