Berkshire Hathaway-ın 92 yaşlı icraçı direktoru, məşhur investor Warren Buffett aprelin 30-u şirkətin səhmdarları qarşısında illik çıxışı zamanı investorların kriptovalyuta bazarına artan marağına cavab vermək məcburiyyətində qalaraq növbəti dəfə bitcoin-i tənqid edib. Onun sözlərinə görə bitcoin-in qiymətinin artmasına inanan biznesmenlər bu kriptovalyutanı yalnız passiv aktiv kimi qəbul edirlər.
Warren Buffett: “Mən bilmirım bitcoin gələn il, 5 və ya 10 ildən sonra yüksələcək, yoxsa düşəcək. Ancaq bir şeydən əminəm ki, bu aktiv heç bir dəyər yaratmır. Əgər siz ABŞ-ın kənd təssərrüfətı şirkətlərinin səhmlərinin 1%-nə 25 milyard dollara satacağınızı desəydiniz, dərhal sizə çek yazardım. Əgər mənə ölkədəki bütün yaşayış binalarının 1%-ni təklif etsəniz və daha 25 milyard dollar istəsəniz, dərhal sizə çek yazacam. Əgər dünyadakı bütün bitcoin-lərə sahib olduğunuzu desəydiniz və hər birini mənə 25 dollara təklif etsəniz də, onları almazdım, çünki onlarla nə edəcəyimi bilmirəm. Lakin mənzillər kirayə pulu gətirəcək, fermalar isə ərzaq istehsal edəcək.”

