İnvestisiya layihələri qəbul olunur

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yerli layihələrə investisiyaların cəlb olunması məqsədilə KOB subyektlərindən layihələr qəbul edir. İnvestisiya layihələri ixracyönümlü və idxalı əvəz edən, yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalını nəzərdə tutmaqla, qeyri-neft sektorunun prioritet istiqamətlərini əhatə etməli, yeni müəssisələrin yaradılmasını və ya innovativ alətlərin tətbiqi ilə mövcud müəssisələrin və bizneslərin yenidən qurulmasını təmin etməlidir. 

Mikro, kiçik və orta biznes subyektlərindən daxil olan müraciətlər ekspertlər tərəfindən bu layihənin prioritet istiqamətlərə uyğun gəlməsi meyarları və maliyyə göstəriciləri qiymətləndirilərək seçiləcək. Biznes layihəsini təqdim etmək istəyən KOB subyektləri müraciət formasını doldurmaqla e-mail: elnur.guliyev@birge.az göndərmələri xahiş olunur.  

Azərbaycanda sahibkarlıq subyektlərinin maliyyələşməsinə dövlət dəstəyini təmin edən mexnanizmlərindən biri də “Birgə İnvest” investisiya şirkətidir. Birgə İnvest-i fərqləndirən əsas cəhət odur ki, biznes layihəsinə maliyyə dəstəyi kredit kimi deyil, birbaşa kapital qoyuluşu formasında edilir. Yəni, Birgə İnvest sahibkar tərəfindən təqdim edilən layihəyə partnyor olaraq investisiya edərək təsisçi kimi iştirak edir. Bundan əlavə, sahibkarlar biznes layihəsinin dəyərinin 40%-i həcmində faizsiz borc almaq imkanı əldə edirlər. Faizsiz borcun verilməsi ölkədə mövcud maliyyələşmə mexanizmləri arasında bir ilkdir.

Birgə İnvest-in investisiya şərtləri:

  • Layənin dəyərinin 70%-ə qədərini maliyyələşdirir;
  • Layihə üzrə maksimum 30% həcmində təsis payına malik olur;
  • Layihənin 40%-i həcmində təminat qarşılığında faizsiz borc verir;
  • Layihə üzrə mənfəət və zərərə şərik olur;
  • Müqavilə üzrə biznesdən çıxış strategiyası var;
  • İnvestisiyanın maksimum məbləği – 350.000 manat;
  • İnvestisiyanın minimum məbləği – 35.000 manat.

Sahibkarlar üçün Birgə İnvest ilə partnyor olmağın əsas üstünlükləri: faiz və aylıq ödənişlərin olmaması, dividend üzrə ödənişlərin yalnız ilin sonunda mənfəətdən ödənilməsi, müqavilə bitdikdən sonra biznesin tamamilə sahibkara keçməsi. Hazırda bir çox sahibkarlar dini etiqad səbəbindən biznesin genişləndirilməsi üçün bank krediti götürmək istəmirlər. Bu baxımdan, Birgə İnvest-in təklif etdiyi şərtlər islam maliyyələşməsi prinsiplərinə uyğun bir mexanizmdir.

Sahibkarlar üçün qoyulan əsas tələblər:

  • Layihə haqqında biznes planın (biznesin təsviri, bazar araşdırması, maliyyə məlumatları) təqdim edilməsi;
  • Layihənin dəyəri üzrə minimum 30% ilkin investisiya;
  • Layihənin peşəkar idarəçiliyini təmin edilməsi.

Leave a Reply