LGT Bank kripto investisiyalara “yaşıl işıq” verdi

Lixtenşteynli sahibkarlar ailəsinə məxsus dünyanın ən böyük özəl banklarından biri olan LGT Bank müştərilərinə bitcoin (BTC) və ethereum-a (ETH) investisiya etməyə icazə verdi. LGT Group Foundation SEBA Bank ilə saxlanc xidməti göstərmək üçün tərəfdaşlıq müqaviləsi bağlayıb. Beləliklə, LGT Bank kriptovalyutaları SEBA Banka məxsus isti və soyuq pul cüzdanlarında saxlayacaq. İlkin mərhələdə LGT Bank-ın Lixtenşteyn və İsveçrədən olan müştəriləri üçün BTC və ETH almaq imkanı yaradılacaq.

Leave a Reply