Emirates Airlines bitcoin qəbul edəcək

Dünyanın ən iri avia şirkətlərindən biri olan Emirates Airlines bitcoin-i ödəniş vasitəsi kimi qəbul etməyə və unikal NFT tokenləri kolleksiyasını buraxmağa hazırlaşır. Şirkətin əməliyyatlar üzrə baş direktoru Ahmed Al-Redha bildirib ki, Emirates Airlines müştərilərinə daha sürətli və keyfiyyətli xidmətlər təqdim etmək üçün biznes proseslərinə ən son texnologiyalar tətbiq etməyə hazırdır. Aviaşirkət bitcoin-i ödəniş vasitəsi kimi qəbul etməklə paralel olaraq, təyyarə məlumatlarını izləmək və məlumatları daha operativ paylaşmaq üçün blokçeyn texnologiyasından istifadə imkanlarını araşdırır.

Leave a Reply