“Lamoureux & Co” makroiqtisadi araşdırmalar şirkətinin prezidenti Yves Lamoureux-un sözlərinə əsasən, bitcoin 2023-cü ilin sonuna kimi 100.000 dolları keçəcək. Fond bazarı və kriptovalyutalarla bağlı dəqiq proqnozları ilə tanınan Yves Lamoureux “MarketWatch” xəbər agentliyinə verdiyi mesahibədə kriptovalyuta bazarındakı qiymətlərin yaxın zamanda artacağını təxmin edib. Onun sözlərinə görə, bitcoin 2023-cü ilin sonuna kimi 100 min dollara çatacaq və ən azı 2025-ci ilə qədər bahalaşmağa davam edəcək.
Yves Lamoureux: “Mənə bitcoin maraqlıdır çünki o, kriptovalyutaların “kralı”-dır və institusional investorların pulları ilk növbədə burada axacaq. Bütün kriptovalyutalar bitcoin-in səviyyəsinə çatmaq istəyirlər lakin ondan geri qalırlar. Buna görə də həmişə ən yaxşısını seçin. Mən alış üçün birmənalı siqnal vermirəm, sadəcə olaraq deyirəm ki, siz artıq az da olsa almağa başlaya bilərsiniz.”
Bitcoin 100.000 dollara çatdıqda, bazara yeni investor dalğası daxil olacaq. Yves Lamoureux hesab edir ki, bitcoin-i bazarda eyforiya olanda satmaq lazımdır. Yenidən qiymət düşəndən sonra alıb yenidən daxil olmaq lazımdır. Həmişə belə olur. Bitcoin halvinqdən əvvəl yüksəlir, sonra fasilə verir, sonra yenə yüksəlir. Yəni, yüksəliş trendi iki mərhələdə formalaşır.

