Bloomberg agentliyinin maliyyə analitiki Mike McGlone hesab edir ki, iqtisadi böhrandan sonra kriptovalyutalar, ABŞ istiqrazları və qızıl kimi aktivlər görünməmiş artım nümayiş etdirəcək. Mike McGlone “Kitco News”-a verdiyi müsahibədə qeyd edib ki, son 40 ilin ən böyük inflyasiyası başlayacaq və böhrandan sonra bitcoin saxlamaq üçün planetin ən yaxşı aktivlərindən birinə çevriləcək.
Mike McGlone: “Yeni böhran yaxınlaşır. Bu, daha çox 2008-ci il böhranı və ya bəlkə də 1987-ci il nəticələrinə bənzəyəcək. Bitcoin böhran dövrünü keçdikdən sonra qızıl və ABŞ istiqrazları kimi planetin ən yaxşı aktivlərindən birinə çevriləcək. Düşünürəm ki, biz deflyasiyaya qayıdırıq və deflyasiyanın ən yaxşı yolu qiymətləri kəskin yüksəltmək və sonra onları endirməkdir. Bizim etdiyimiz budur. Biz böhranın başlanğıcındayıq.”

Analitik iddia edir ki, kriptovalyuta bazarlarının canlanması zamanı Bitcoin ilə yanaşı Ethereum da nəzərə alınmalıdır. McGlone-un sözlərinə əsasən bu, Ethereum əsasında stabilkoinlər və NFT kimi sektorlarının formalaşması sayəsində baş verib. Mike McGlone: “Ethereum maliyyə texnologiyası və tokenizasiya dünyasında inqilab edir. Axı, əksər NFT-lər Ethereum-a əsaslanır. İndi bir çox rəqib var lakin kriptovalyutada həqiqətən nə baş verdiyini göstərən Ethereum və Bitcoindir.”

