Changpeng Zhao: Kriptovalyuta bazarında qiymətlərin düşməsi normaldır

Dövriyyəsinə görə dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-in icraçı direktoru Changpeng Zhao (CZ) Bloomberg Markets and Finance-ə verdiyi müsahibədə qiymət dalğalanmalarının həm kriptovalyuta, həm də ənənəvi fond və əmtəə bazarları üçün ümumi olduğunu qeyd edib. Onun sözlərinə əsasən real bazar mənzərəsi blokçeyn şirkətlərinin daha aşağı maliyyə xərcləri ilə genişlənməsi üçün yaxşı imkandır və Binance birjası bu vəziyyətdən istifadə etməyi planlaşdırır. CZ hesab edir ki, “kripto qış” zamanı bazar fırıldaqçılardan təmizlənir və bu uzunmüddətli perspektivdə sərmayə qoymaq istəyən investorları dələduzluqdan daha çox qoruyacaq.

Changpeng Zhao: “Bazarda qiymətlərin yüksəlməsi və ya əksinə, aşağı düşməsi olduqca standartdır. Biz bu davranışı səhm və əmtəə bazarlarında da görürük. Məsələn, Netflix bitcoin kimi 70% ucuzlaşıb. Bu, Binance birjasının keçdiyi ilk “ayı dövrü” deyil. Şəxsən mənim üçün üçüncüdür”.

Binance rəhbərinin sözlərinə görə, sayt kripto bazarının düşməsi üçün əvvəlcədən hazırlaşıb və kifayət qədər ehtiyat fondu toplayıb. Mövcud vəziyyətə baxmayaraq, ən böyük kriptovalyuta birjasının xidmətlərinə tələbat yüksək olaraq qalır. Hazırda bir çox kripto şirkətlər işçilərini ixtisar edərkən, Binance əlavə 2000 işçi işə götürməyi planlaşdırır.

Leave a Reply