Meta-nın (keçmiş Facebook) baş direktoru Mark Zukerberq Metaversedə avatarlar üçün müxtəlif markalı geyimlər almağa imkan verən virtual geyim mağazası olan “Meta Avatars Store“-un açılışını elan etdi. Meta mağazasında Prada, Balenciaga və Thom Browne kimi brendlər yer alacaq. Onlar Instagram, Facebook və Messenger-də avatarlar üçün əlçatan olmalıdır. Geyimlərin qiymətləri açıqlanmayıb.
Mark.Z: “Rəqəmsal mallar metaversedə özünü ifadə etməyin vacib üsuluna və yaradıcı iqtisadiyyatın böyük hərəkətverici qüvvəsinə çevriləcək. Mən yeni brendlərin əlavə edilməyini səbirsizliklə gözləyirəm və tezliklə bunu VR-ə gətirəcəyəm.”

