Gary Gensler: Bitcoin – əmtəədir!

ABŞ Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyasının (SEC) sədri Gary Gensler CNBC telekanalına müsahibəsində bitcoin ilə bağlı mövqeyinə aydınlıq gətirərək ilk rəqəmsal valyutanı əmtəə adlandırıb. SEC sədri hesab edir ki, bitcoin əmtəənin bütün xüsusiyyətlərinə cavab verir. O, qeyd edib ki, onun fikri yalnız bitcoinə aiddir və digər kriptovalyutaları müzakirə etmək fikrində deyil.

Gary Gensler: “Kriptovalyutalar çox spekulyativ aktivlər sinfidir. Biz bunu çoxdan bilirik. İnsanlar kriptovalyutalara investisiya ederkən, qiymətli kağızlar olan digər maliyyə aktivlərinə sərmayə qoyduqda olduğu kimi investisiyaların qaytarılmasını gözləyirlər. Ancaq bu, bütün kriptovalyutalar üçün doğru deyil. Deyəcəyim odur ki, bitcoin – əmtəədir.”

Leave a Reply