Azərbaycanın ilk biznes TV kanalı olan arb24 TV-də kriptovalyuta bazarında mövcud vəziyyət və qiymətlərə təsir edən əsas faktorlar müzakirə edilib. Rəhman Rəsulov və Fidan Mahmudlunun təqdimatında “İş vaxtı” verlişində maliyyə və rəqəmsal valyutalar üzrə ekspert Elnur Quliyev ilə bitcoin-in qiymətinin 19.000 dollara düşməsinin səbəbləri və ümumiyyətlə maliyyə bazarlarında qiymətlərinin enməsinə təsir edən fundamental faktorlar müzakirə edilib.

