Dövriyyəsinə görə dünyanın ən böyük kriptovalyuta birjası olan Binance, platformanın beşinci ildönümünü münasibətilə bitcoin ilə spot ticarəti komissiyalarını aradan qaldıracaq. İyulun 8-dən etibarən birja istifadəçiləri BTC/USDT, BTC/AUD, BTC/BIDR, BTC/BRL, BTC/BUSD, BTC/EUR, BTC/GBP, BTC/RUB, BTC/TRY, BTC/TUSD, BTC/UAH, BTC/USDC, BTC/USDP ilə bitcoin-in 13 kombinasiyasında sıfır komissiya ilə ticarət edə biləcəklər. Bu cütlüklərdə komissiyasız ticarət iki həftəlik yubiley qeyd etmələrindən sonra növbəti bildirişə qədər davam edəcək.

