Rockfeller International-ın icraçı direktoru Ruchir Sharma hesab edir ki, bitcoin yenidən əvvəlki qiymətinə qayıdacaq və yenu zirvələr fəth edəcəkdir. O, qeyd edib ki, növbəti altı ayda fond bazarlarında eniş fonunda bitcoin dəyər itirə bilər.
Ruchir Sharma: “Dünyada riskli aktivlərə tələbin drayveri olan ABŞ-da “ayı” tendensiyası hələ də davam edir. Hazırda ABŞ dollarının dünyanın ehtiyat valyutası mövqeyi təhlükə altındadır. Eyni zamanda, dollar fiat valyutalar arasında rəqib görmür lakin bitcoin və digər kriptovalyutalar üçün “imkanlar pəncərəsi” açılıb. 3-5 il ərzində ən yaxşı kriptovalyutalar daha sabitləşəcək və bu, onlara ABŞ dollarını sıxışdırmağa imkan verəcək.”

