Arcane Research analitikləri müəyyən ediblər ki, iyun ayında mayninq şirkətləri ümumilikdə 14600 bitcoin satıb. Bu, onların bitcoin-də olan ehtiyatlarının 23%-ni təşkil edir. Yanvar ayından aprel ayına qədər mayninq edilmiş kriptovalyutanın 20%-40%-nin satışı norma idi, may ayında ilk dəfə olaraq maynerlər əldə edilən BTC-lərin 100%-ni satdılar və artıq iyun ayında bu rəqəm 400%-i keçdi. Bitcoin satışlarının artması mayninq fəaliyyətini maliyyələşdirmək və borcları ödəmək üçün likvidliyə ehtiyacla bağlıdır. Ən çox satış edən mayninq şirkətləri Core Scientific və Bitfarms olub.

