Bitcoin: 23.000 dollar

Iyulun 19-u bitcoin yenidən 23.000 dolları keçərək 23.808 dollara qədər dəyər qazandı. CoinMarketCap.com-a əsasən kriptovalyutaların ümumi bazar kapitalizasiyası 1 trilyon dolları keçdi və hazırda bitcoin-in dominantlıq indeksi 42% təşkil edir. Qiymətin qalxmasına təsir edən real fundamental faktor olmasa da bitcoin gözlənilənlərin əksinə olaraq dəyər qazanmağı bacardı. İyun 15-dən etibarən kriptovalyuta bazarında bədbin proqnozlar fonunda qiymətin artmasına təkan verən əsas səbəb kimi dünya əmtəə və fond bazarlarında qiymətlərdə müəyyən dərəcədə qalxma tempinin müşahidə olunmasıdır.

“Qorxu və xəsislik indeksi” (Bitcoin Fear & Greed Index) 30 səviyyəsinə çatdı bu, investorların əhval-ruhiyyəsinin yaxşılaşdığını göstəricisidir. Bu faktor investorlarda riskli maliyyə aktivlərinə marağın yenidən artmasını göstərir.

Leave a Reply