Kraken birjasının icraçı direktoru Jesse Powell Bloomberg Exclusive-ə verdiyi müsahibədə bitcoin ilə bağlı optimist qaldığını deyib. O, “kripto qış”-ın bazar üçün çox ekstremal olacağını gözləmirdi, lakin yenə də ilk kriptovalyuta ilə lüks avtomobil almaq ümidini itirmir. Jesse Powell iki il əvvəl 2022-ci iln sonunda 1 bitcoin ilə Bugatti alacağını demişdi.
Jesse Powell: “Mən yenidən 18.000 dollara bitcoin aldım və onun yüksəlməsinə şadam. Bitcoin-in uzunmüddətli perspektivlərinə əminəm çünki onun fundamental əsasları yaxşılaşmağa davam edir. Mən heç vaxt Bitcoin-ə qarşı mərc etməzdim.”

