Bitcoin dəyər itirdi: əsas səbəblər?!?

Avqustun 26-dan başlayaraq Bitcoin dəyər itirməyə başlayıb və 24 saat ərzində 21.800 dollardan 19.700-ə qədər ucuzlaşıb. Ümumi kriptovalyuta bazarı isə 75 milyard dollar dəyər itirdi. Bunun üçün əsas səbəb ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Jerome Powell-in cümə günü çıxışı olub. O, FED-in tələb və təklifi tarazlaşdırmaq və inflyasiya gözləntilərini nəzarət altında saxlamaq üçün bir müddət yüksək dərəcələrin saxlanmasını tələb edəcəyini deyib. Jerome Powell FED-in hədəflərini və kriptovalyuta sənayesinin inkişafı üçün əlverişsiz olacaq gələcək makroiqtisadi amilləri açıqlayıb. Kriptovalyuta bazarı FED rəhbərinin çıxışına mənfi reaksiya verib və bu çıxışdan 1 saat sonra bitcoin və digər altcoinlər dəyər itirməyə başlayıb. Bununla paralel olaraq, ABŞ fond bazarları “qırmızı rəngdə” boyanıb: S&P 500 3,37%, Dow Jones İndeksi isə 3,03% ucuzlaşıb.

Kriptovalyuta bazarında ucuzlaşmaya təsir edən 2-ci əsas amil iflas etmiş Mt. Gox birjasının avqustun 28-də kreditorları arasında 137.000 BTC-nin paylanması ilə bağlı şayiələr olub. Bazara bu miqdarda BTC-nin daxil olması ilə kəskin satışların olacağı ehtimalı qiymətlərin enməsinə təsir edib. Lakin sonradan bu xəbərin “fake” olduğu məlum oldu.

Müəllif:  Elnur Quliyev

Leave a Reply