CoinATMradar.com-ın 31.08.2022 tarixinə olan məlumatına əsasən dünyada 38.699 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 77.5%-də kriptovalyutaları yalnız almaq, 22.5%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 100%-i Bitcoin, 82%-i Litecoin, 74%-i Ethereum, 40% Dogecoin, 34%-i Bitcoin Cash, 19.6%-i Zcash, 18.5%-i Tether (USDT) 16%-i Dash dəstəkləyir.

Bankomatların 93.6%-i Amerika, 4.9%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 34406, Kanada- 2576, İspaniya-256, Salvador-212, Polşa-202, Isveçrə-148, Avstriya- 134, Rumıniya-133, İtaliya- 78 və s.
Kripto bankomantların dünyada illər üzrə sayı:
- 2015-ci il – 503 ədəd
- 2016-cı il – 954 ədəd
- 2017-ci il – 2.028 ədəd
- 2018-ci il – 4.109 ədəd
- 2019-cu il – 6.387 ədəd
- 2020-ci il – 13.661 ədəd
- 2021-ci il – 34.062 ədəd
Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.
Məlumat üçün qeyd edək ki, ilk bitcoin bankomat 2013-cü il 29 oktyabr tarixində Kanadanın Vankuver şəhərində yerləşən “Waves Coffee House” kafedə istifadəyə verilib. İkinci bitcoin-ATM isə 2013-ci il noyabr ayında Slovakiyanın Bratislava şəhərində quraşdırılıb. ABŞ-da ilk bankomat 18 fevral 2014-cü ildə Nyu Meksiko ştatının Albukerke şəhərində istifadəyə verilib.

Müəllif: Elnur Quliyev
