FIFA Algorand ilə NFT platforması yaradacaq

Beynəlxalq Futbol Federasiyası (FIFA) sentyabrın sonunda Algorand blokçeynində NFT FIFA+ Collect platformasını istifadəyə verəcəyini açıqlayıb. Bu platformada futbol azarkeşləri unikal rəqəmsal kolleksiyaları sərfəli qiymətə almaq imkanı əldə edəcəklər. FIFA World CupFIFA Womens üzrə simvolik anlarının NFT-ləri, eləcə də çempionatların hadisələrindən ilhamlanan sənət əsərləri azarkeşlərə təqdim olunacaq.

FİFA-nın kommersiya direktoru Romy Gai: “FIFA+ və Algorand ilə futbol azarkeşləri yeni üsullarla dünya səviyyəli tədbirlərdə iştirak edə bilərlər. FIFA+ kolleksiyaları istənilən futbol azarkeşi üçün əlçatan olacaq və bu, FIFA Dünya Kubokunun bir parçasına sahib olmaq qabiliyyətini demokratikləşdirəcək.”

Leave a Reply