Ukraynanın “Varus” supermarketlər şəbəkəsi Binance kriptovalyuta birjası ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. Bunun sayəsində mağaza müştəriləri rəqəmsal aktivlərlə alış-veriş üçün ödəniş edə biləcəklər. Ukrayna sakinləri 100-dən çox supermarketlər şəbəkəsinə malik “Varus” ərzaq və digər malları marketə gəlmədən, kriptovalyuta ilə ödəniş etməklə sifariş çatdırılmasını həyata keçirə biləcəklər. Bu funksiya ilkin mərhələdə 9 şəhərin sakinləri üçün əlçatan olacaq: Kiyev, Dnepr, Kamenski, Krivoy Roq, Zaporojye, Brovarı, Nikopol, Vışqorod və Pavloqrad. Xidmətdən istifadə etmək üçün bu şəhərlərin sakinləri Binance Pay tətbiqini Android və ya iOS cihazlarında quraşdırmalıdırlar.

Ukrayna ərazisində hərbi əməliyyatlar ödənişlər və logistika sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu faktor rəqəmsal aktivlərin qəbulunu sürətlənməsinə birbaşa təsir edir. Fevral ayında Ukrayna Ali Radası kriptovalyutaların leqallaşdırılması ilə bağlı qanun layihəsini təsdiqləyib və bununla da kripto-şirkətlərə ölkədə qanuni fəaliyyət göstərməyə icazə verilib. Buna baxmayaraq, qanun kripto aktivlərə qanuni ödəniş vasitəsi statusu hələ də verilməyib.
