Bloomberg-in birja məhsulları üzrə baş analitiki Mike McGlone hesab edir ki, bitcoin-ə tələb artmaqda davam edir. Ekspert kriptovalyuta kotirovkalarının hazırkı düşməsini 2002-ci ildə NASDAQ indeksinin düşməsi və sonradan uzun müddət ərzində sabit artımla müqayisə edib. Onun sözlərinə əsasən əsas kriptovalyutanın 3 il ərzində 100.000 dollara qədər artım potensialına malikdir. Mike McGlone iddia edir ki, bitcoin, Federal Ehtiyat Sisteminin nə qədər pul çap etdiyindən daha çox spekulyasiyaya əsaslanan “iqtisadiyyatda yeni fəsildən” faydalanacaq.

