Ukraynada ilk kriptovalyuta bank kartı buraxıldı

Ukraynanın Unex Bank bankı Mastercard ödəniş sistemi və fintech şirkəti Weld ilə birlikdə ölkənin “weld card” adlı ilk kriptovalyuta bank kartını buraxıb. Bu kartı Weld Money xidmətində yaradılmış rəqəmsal aktivləri saxlamaq üçün pul cüzdanı ilə inteqrasiya edilib. Alış-veriş və ya xidmət üçün ödəniş edən zaman Weld Money hesabda saxlanan rəqəmsal aktivi fiat valyutaya çevirir və pulu Unex Bank-a köçürür. Hazırda weld card yalnız Tether (USDT) ilə işləyir, lakin yaxın gələcəkdə bitcoin və altkoinlər üçün dəstək əlavə ediləcək.

Unex Bank kartın verilməsi üçün komissiya tutmur lakin bankomatdan nağd pul çıxarmaq və fiat valyutanı digər hesablara köçürmək üçün 1,5% komissiya və əlavə 5 qrivna tutulur. Bundan əlavə, weld card sahibləri gündə 10.000 qrivna (460 azn) məbləğindən çox olmayan rəqəmsal aktivi dəyişdirmək hüququna malikdirlər.

Leave a Reply