ABŞ-ın Kolorado (Colorado) ştatının vətəndaşları vergi ödənişlərini kriptovalyutalar ilə ödəmək hüququ əldə etdi. Bunu ştatın qubernatoru Jared Polis sentyabrın 19-u açıqlayıb. Kriptovalyutalar ilə ödəniş üsulu artıq Koloado ştatının Dövlət Gəlirlər Departamentinin saytında əlavə edilib. Vergi ödənişləri PayPal Cryptocurrency Hub vasitəsilə edilir, xidmət haqqı isə 1 dollar və ümumi ödəniş məbləğinin 1.83%-ni təşkil edəcək. Hazırda ödənişlər bitcoin, ethereum, bitcoin cash və litecoin ilə qəbul olunur.


Məlumat üçün qeyd edək ki, ABŞ-da ilk dəfə vergilərin bitcoin ilə qəbul edilməsi 2018-ci il noyabr ayında Oqayo ştatında olub. Lakin 1 ildən sonra hüquqi çətinliklər səbəbindən bu xidmət dayandırıldı.