Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna qədər “rəqəmsal manat” konsepsiyasının hazırlanmasını yekunlaşdırmağı planlaşdırıb. Bunu AMB-nin Baş direktoru Fərid Osmanov deyib. O, həmçinin əlavə edib ki, konsepsiyanın hazırlanması növbəti ilin əvvəlinə qədər yubana bilər.
Fərid Osmanov: “Bir çox mərkəzi banklar rəqəmsal valyuta istiqamətində təhlillərini aparır. Hətta onlar müəyyən hissələri test edirlər. Azərbaycan Mərkəzi Bankı da artıq bu prosesi aktivləşdirib və beynəlxalq təşkilatların texniki yardımları çərçivəsində “rəqəmsal manat” üzrə konsepsiyanın hazırlanması üzrə işləri davam etdirir. Planlaşdırırıq ki, qısa zamanda konsepsiyanı formalaşdıraq”.

Xatırladaq ki, 2021-ci ilin iyul ayında AMB-nin keçmiş rəhbəri Elman Rüstəmov onlayn mətbuat konfransında çıxışı zamanı rəqəmsal manatın yaradılması və istifadəsi ilə bağlı Mərkəzi Bankın mövqeyini açıqlayarkən qonşu dövlətlərin bu sahədə təcrübələrinin araşdırdığını demişdi.

report.az
