Dünyanın ən iri investisiya banklarından biri olan Goldman Sachs-ın eks icraçı direktoru və Real Vision-un təsisçisi Raoul Pal makroiqtisadi böhran fonunda kriptovalyutalar investisiya aktivi kimi cəlbedici görünməyə başladığını iddia edib. Ekspert hesab edir ki, investorların əhval-ruhiyyəsi hazırda həddindən artıq qorxu vəziyyətindədir və bu, bitcoin və altcoinlər kimi riskli aktivlərin böyüməsi üçün katalizator ola bilər.
Raoul Pal: “Ayı tendensiyası və qlobal iqtisadiyyatdakı vəziyyət hər kəsi maliyyə sisteminin qlobal çöküşünün tezliklə gələcəyini düşünməyə vadar edir. Əgər əvvəllər bazar inanılmaz dərəcədə yüksək həcmdə investisiyalar yerləşdirirdisə, indi bu işləmir, çünki faktiki olaraq satıcılar alıcılardan çoxdur. Belə bir vəziyyət ABŞ-ın Federal Ehtiyatlar Sistemini (FRS) pul siyasətini yumşaltmağa sövq edə bilər. Mərkəzi banklar yenidən pul çap etməyə başladıqdan sonra bitcoin və altcoinlər kimi aktivlər sürətlə yüksələcək. Bu, acınacaqlı vəziyyətdir amma reallıq budur. İndi bu dönuş nöqtəsinin nə zaman olacağını gözləmək lazımdır və vaxtı gəldiyində kriptovalyutalara sərmayə qoymaqla bundan öz xeyrinizə istifadə edə bilərsiniz”.

