Gürcüstanın “Fresco” supermarketlər şəbəkəsi 24 oktyabrdan etibarən kriptovalyutalarla ödəniş qəbul etməyə başlayıb. Bu barədə supermarketlər şəbəkəsinin facebook səhifəsində qeyd edilib. Mağazalarda CityPay terminalının dəstəyi ilə kriptovalyutalarla istənilən məhsulu tez, asan və təhlükəsiz şəkildə almaq mümkündür. Ödəniş aşağıdakı kriptovalyutalarla edilə bilər: Bitcoin, Bitcoin Cash, Bitcoin Gold, Zcash, Litecoin. Yaxın vaxtlarda isə sistemə Ethereum-un əlavə edilməsi planlaşdırılır.


