Argentinalı futbol ulduzu Lionel Messi Bitget kriptovalyuta birjası ilə partnyorluq müqaviləsi imzalayıb. Bitget və Messi arasındakı əməkdaşlıq futbol azarkeşlərinə Web 3.0-ı və birjada kriptovalyuta ticarətinin potensialını araşdırmaq imkanı verəcək.
L.Messi: “Məni kriptovalyutalar dünyasına gətirdiyi üçün Bitget-ə təşəkkür edirəm. İnanıram ki, biz mühüm təşəbbüslər təqdim edəcəyik, o cümlədən idman həvəskarlarını Web 3 ilə tanış edəcəyik.”

