Blockchain.com VISA ilə kripto kart buraxacaq

Məşhur bitcoin-cüzdan blockchain.com kriptovalyutalarda ödənişlər üçün VISA ilə partnyorluq çərçivəsində kripto debet kartlar buraxacaq. Cüzdan istifadəçiləri VISA plastik kartları ilə istənilən vaxt rəqəmsal valyutalarla ödəniş edə biləcəklər. İlkin mərhələdə bu kartları yalnız ABŞ vətəndaşları sifariş vermək imkanı əldə edəcəklər. Kart sifariş etmək üçün rüsum ödəməyə ehtiyac yoxdur, həmçinin xidmət haqqı və əməliyyat haqqı olmayacaq. Bundan əlavə, istifadəçilər kartla istənilən alış üçün kriptovalyutalarda 1% kəşbək (cash back) alacaqlar. Blockchain.com-un icraçı direktoru Peter Smith qeyd edib ki, VISA plastik kartları üçün hazırda 50.000-dən çox sifariş daxil olub.

Leave a Reply