Twitter NFT almaq və satmaq imkanı əlavə edəcək

Twitter, istifadəçilərə birbaşa tvitlər vasitəsilə NFT tokenlərini almağa, satmağa və göstərməyə imkan verən yeni funksiya əlavə edəcəyini bəyan edib. Yeni funksiya NFT Tweet Tiles adlanır – bu, NFT-nin şəklini tvitdə xüsusi paneldə göstərəcək. Bunun üçün şirkət dörd ticarət platforması (NFT Rarible, Magic Eden, Flow Dapper Labs, Jump.trade) ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bu platformalar Ethereum, Polygon, Solana, Tezos, Flow və Immutable X kimi blokçeyn şəbəkələrini əhatə edir.

Leave a Reply