Rəqəmsal valyuta aktivləri meneceri olan Graуscale Investments şirkəti noyabrın 1-də amerikalıların iqtisadiyyatın və kriptovalyutaların mövcud vəziyyəti haqqında nə düçündükləri barədə yeni milli sorğunun nəticələrini açıqlayıb. Sorğu göstərdi ki, amerikalıların 52%-i (demokratların 59%-i və respublikaçıların 51%-i daxil olmaqla) “kriptovalyutalar maliyyənin gələcəyidir” ifadəsi ilə razılaşdıqlarını bildirib. İştirakçıların 44%-i isə gələcəkdə kriptovalyutaları investisiya portfelinə daxil etməyi planlaşdırdıqlarını bildirib. Onlayn sorğu 2022-ci il oktyabrın 6-dan oktyabrın 11-dək ABŞ-da Grauscale Investments şirkətinin sifarişi ilə The Harris Poll tərəfindən ölkənin yetkin sakinləri arasında keçirilib.
ABŞ iqtisadiyyatın hazırkı qeyri-sabit vəziyyəti amerikalıların fond bazarından kənarda sərmayə qoymağa marağını oyadıb. Hər dördüncü amerikalı (25%) hesab edir ki, artan qiymətlər və iqtisadiyyatın indiki vəziyyəti kriptovalyutalara marağı artırıb.

