Azərbaycanın tanınmış futbol klublarından biri olan “Qəbələ” İsveçrənin “Blocksport” şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, “Blocksport” klubun azarkeşləri üçün fan tətbiqin hazırlanmasını, klubun fan tokenlərinin buraxılmasını həyata keçirəcək. Bu, Qafqaz regionunda tətbiq olunan ilk blokçeyn tərəfdaşlığıdır. Sözügedən addım azarkeşlərin klubla əlaqələrinə və fəaliyyətlərinə yeni təcrübə gətirəcək. Rəqəmsal ekosistem azarkeşlərə klub ilə tətbiq üzərindən əlaqələr qurmağa xüsusi sorğular və səsvermələr keçirməyə, unikal məzmun yaratmağa, proqnozlar verməyə, fan çatlarda söhbətlər aparmağa imkanlar yaradacaq.

