Samir Şərifov: Manatın sabit qalmasında maraqlıyıq

Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Maliyyə Nazirliyi manatın məzənəsinin sabit qalmasında maraqlıdır. Bunun üçün Mərkəzi Bank ilə sıx əməkdaşlıq edirik” deyib. O, həmçinin bildirib ki, dövlət borcunda xarici borcun payı azaldılmalı, əvəzində daxili borclanma artırılmalıdır: “Daxili borclanma yerli maliyyə bazarlarının dayanıqlılığını artırır. Buna görə də, çalışacağıq ki, xarici borclanmanı sabit saxlayaq və yaxud azaldaq, əvəzində daxili borclanmanı artıraq”.

Mənbə: fed.az

Leave a Reply