J.P.Morgan dünyanın sistem əhəmiyyətli ən yaxşı bankı seçilib

Maliyyə Sabitliyi Şurası (Financial Stability Board) noyabrın 21-də qlobal maliyyə bazarının düzgün işləməsində mühüm rol oynayan bankların növbəti illik siyahısını-List of Global Systemically Important Banks açıqlayıb. Siyahıya əsasən, bazar kapitalizasiyası 390 milyard dollar olan J.P.Morgan Chase dünyanın sistem əhəmiyyətli ən yaxşı bankı seçilib. “TOP 10”-da olan digər aparıcı banklar: Bank of America, Citigroup, HSBC, Bank of China, Barclays, BNP Paribas, Deutsche Bank, Goldman Sachs, Industrial and Commercial Bank of China, Mitsubishi UFJ FG.

2008-ci qlobal maliyyə böhranından sonra G20 sammiti tərəfindən yaradılan Maliyyə Sabitliyi Şurası 2011-ci ildən etibarən hər il qlobal maliyyə sistemi üçün sistem əhəmiyyətli olan bankların siyahısını dərc edir. Bankların qiymətləndirilməsi zamanı borcun ödənilməsi qabiliyyəti, kapital tələbi, ümumi itkiləri mənimsəmə qabiliyyəti kimi parametrlər nəzərə alınır.

Müəllif:  Elnur Quliyev

Leave a Reply