VI Beynəlxalq Bankçılıq Forumunda kriptovalyutalar müzakirə edilib

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində 24-25 noyabr 2022-ci il tarixində ənənəvi VI Beynəlxalq Bankçılıq Forumu keçiriləcək. İki gün davam edəcək Forumda aidiyyatlı dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrindən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Azərbaycanda təşkil edilən tədbirlər arasında ilk dəfə olaraq bu forumda dövlət tənzimləyici orqanı və nüfuzlu maliyyə təşkilatlarının iştirakı ilə rəqəmsal aktivlər və kriptovalyutalar mövzunda yerli və xarici ekspertlərlə müzakirələr aparılır.

Forumun açılış məruzəçiləri:

  • Taleh Kazımov – Mərkəzi Bank, İH sədri
  • Alpaslan Çakar – Türkiyə Banklar Birliyi, İH sədri
  • Orxan Məmmədov – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İH sədri
  • Tahir Mirkişili – Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
  • Vüsal Qasımlı – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Direktor
  • Zakir Nuriyev – Azərbaycan Banklar Assosiasiyasının Prezidenti

Forumda əsas panel mövzuları: “POST-COVİD dövründə bankçılıq, Rəqəmsal bankçılıq, Rəqəmsal biznes və elektron ticarətdə Fintech-lərin rolu, Ödəniş ekosistemində innovasiyalar, Rəqəmsal və təmassız ödənişlər, Rəqəmsal valyutalar – Kriptovalyutalar, Blokçeyndə rəqəmsal məhsulların inkişafı, Kibertəhlükəsizlik trendləri. Tədbir haqqında (məruzəçilər, tədbirin gündəliyi) əlavə məlumat: www.gbmevents.az

VI Beynəlxalq Bankçılıq Forumu çərçivəsindən kriptovalyutalar panaeli üzrə Murat Durmaz (MasterCard), Olqa Qonçarova (Binance), Vüsal Xəlilov (PaşaBank), Aleksandr Nam (Sberbank) təqdimatla çıxış ediblər.

Leave a Reply